Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Vergi orqanlarında işə qəbul olunmaq istəyənlərin nəzərinə!

2018-04-05

     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında işə qəbul olunmaq istəyən şəxslər üçün 7 aprel 2018-ci il tarixdə sınaq imtahanı keçiriləcəkdir.
     Sınaq imtahanı test imtahanı proqramına uyğun olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
     Sınaq imtahanında iştirak etmək üçün namizədlər 20 manat (Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 10 manat) məbləği Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 6 aprel 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
     Sınaq imtahanı Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.
    Əlavə məlumat üçün:
     Tel: (036) 545-65-71.
     E-mail: dqmk@nakhchivan.az
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 2
Dünən 345
Bu gün 4
Ümumi 67900

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.