Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılmasının 10 illiyi qeyd olunub.

2018-04-21

   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə Komissiyanın kollektivi ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan möhtəşəm abidəsi önünə gül dəstələri qoyub Heydər Əliyev muzeyini ziyarət ediblər.
   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə dövlət qulluğu siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində mühüm islahatlar həyata keçirilmiş, bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmışdır.
   Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilmiş, müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılmış, “Elektron hökümət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmiş, dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binalar tikilmiş və dövlət qulluqçularının fəaliyyəti üçün lazımi iş şəraiti yaradılmışdır.
   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmış, 2008-ci il 28 aprel tarixli Fərmanla Komissiyanın Əsasnaməsi təsdiq edilmişdir. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin aparılması, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Fəaliyyətə başladıqdan qısa müddət sonra Komissiya üçün yeni inzibati bina tikilərək istifadəyə verilmiş və maddi-texniki baza gücləndirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yeni binanın açılışı mərasimində Komissiya qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Komissiyanın əməkdaşları daim öz üzərlərində çalışmalı, müvafiq qanunvericilik bazasını, normativ hüquqi aktları dərindən öyrənməli, onların tətbiqinə çalışmalı, ədalət və şəffaflıq prinsipinə daim əməl etməlidirlər. Çünki Komissiyanın seçdiyi kadrlar dövlət qulluğu andı içərək dövlət qulluqçusu statusunu daşıyacaq, dövlətimizə sədaqətlə xidmət etmək üçün söz verəcəklər. Komissiya tərəfindən seçilən, dövlət qulluğuna qəbul olunan gənclər gələcəkdə Azərbaycan dövlətçiliyinin layiqli davamçıları olmalıdırlar”. Komissiya Ali Məclis Sədrinin müəyyənləşdirdiyi tapşırıqları prinsip və istiqamət kimi öz fəaliyyətində rəhbər tutmuşdur.
   Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Əsasnaməsində nəzərdə tutulmuş vəzifələrdən biri dövlət orqanları tərəfindən dövlət qulluğuna aid normativ aktların tələblərinə riayət olunmasının nəzarətdə saxlanılmasıdır. Ötən dövrdə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, təkcə son üç ildə 17 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 22 qərarı ləğv edilmişdir.
   Komissiyanın yaradılması muxtar respublikada məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini vermişdir. Belə ki, Komissiya tərəfindən indiyədək keçirilmiş 14 müsabiqədə 5068 namizəd iştirak etmiş, onlardan 983 nəfər müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 38,2 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti olan dövlət qulluqçularıdır. Komissiyanın keçirdiyi müsabiqələr nəticəsində məsləhətçi vəzifəsinə təyin olunmuş şəxslərdən bir qismi öz funksiyalarını müvəffəqiy¬yətlə yerinə yetirərək dövlət qulluğunda irəli çəkilmiş, 1 nəfər İcra Hakimiyyəti başçısının müavini, 2 nəfər xidmət rəisi, 18 nəfər şöbə müdiri, 7 nəfər şöbə müdirinin müavini və 25 nəfər sektor müdiri vəzifəsinə təyin olunmuşdur. Keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və gənclərin dövlət qulluğuna marağı artır.
   Bundan başqa, Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, Vergilər nazirlikləri, muxtar respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün keçirilmiş 36 müsabiqədə iştirak edən 1753 namizəddən 490-ı test imtahanlarında müvafiq keçid balını toplamışdır.
   Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi və etik davranış qaydaları ilə bağlı maarifləndirici tədbirlər diqqət mərkəzində saxlanılmış, hər il keçirilən seminarlarda yüzlərlə inzibati vəzifə tutan dövlət qulluqçusunun iştirakı təmin edilmişdir. Bundan başqa, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilmiş, dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə əlaqədar onlara metodiki köməklik göstərilmişdir.
   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən yeni proqram təminatının yaradılması Komissiyanın fəaliyyətinin yaxşılaşmasına səbəb olmuş, elektron xidmətlərin həyata keçirilməsinə, namizədlərin internet üzərindən qeydiyyatdan keçməklə müsabiqədə iştirakına imkan yaratmışdır. Bütün bunlar elektron sənəd qəbulu işinin sürətlənməsinə, vaxt itkisinin minimuma endirilməsinə və şəffaflığın tam təmin olunmasına gətirib çıxarmışdır. Dövlət Qulluqçuları Reyestrinin aparılması üçün proqram təminatı hazırlanmışdır ki, bu da dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir.
   Komissiya üçün yeni inzibati binanın tikilməsini, informasiya və kommunikasiya texnologiyalarından istifadəyə imkan verən test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılmasını, yeni proqram təminatının istifadəyə verilməsini qeyd edən İsmayıl Qəribli göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir. Komissiya sədri qeyd etmişdir ki, Komissiyanın əməkdaşları göstərilən qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da öz vəzifə borclarını uğurla yerinə yetirəcək və öz işlərini günün tələbləri səviyyəsində quracaqlar.
   Tədbirdə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov və Mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli çıxış etmişlər.
   Sonda öz işində fərqlənən əməkdaşlara qiymətli hədiyyələr və pul mükafatları verilmişdir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 3
Dünən 322
Bu gün 119
Ümumi 30244
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.