Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq istəyənlərin nəzərinə!

2018-04-25

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2018-ci ilin may ayından Komissiyanın inzibati binasında daxili işlər orqanlarında xidmətə qəbul üçün hazırlıq kursları təşkil olunacaqdır.
   Aylıq ödənişi 125 manat olan hazırlıq kursu 3 ay davam edəcək və hər bir sahə üzrə dərslər həftədə 2 dəfə olacaqdır.
    Hazırlıq kursunda dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası və pedaqoji ixtisaslar üzrə bitirmiş şəxslər iştirak edə bilər.
   Kurslar test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir.
   Hazırlıq kursunda qanunvericilik NDU-nun müəllimi, hüquqşünas Türkan Gülməmmədli tərəfindən, məntiq, pedaqogika və psixologiya (pedaqoji ixtisaslar üçün) “İstedad-XXI əsr” hazırlıq kurslarından cəlb olunmuş mütəxəssislər tərəfindən tədris ediləcəkdir.
   Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Komissiyanın Test mərkəzində sınaq imtahanları keçiriləcəkdir.
   Hazırlıq kursuna qəbul üçün qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.
   Əlaqə telefonu: (036) 545-65-71

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 3
Dünən 322
Bu gün 119
Ümumi 30244
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.