Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin nəzərinə!

2018-04-25

   Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli qərarına (dqmk.nmr.az/muellimlerin_iseqebulunun_aparilmasi_qaydasi) uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2018-ci ilin iyul-avqust aylarında müəllimlərin ümumi təhsil və ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbulu üçün test imtahanları keçiriləcəkdir.
Bu məqsədlə cari ilin may ayından Komissiyanın inzibati binasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbulu üçün hazırlıq kursları təşkil olunacaqdır.
   Aylıq ödənişi 100 manat olan hazırlıq kursu metodika və təlim strategiyaları və informatika istiqamətləri üzrə aparılacaqdır. Hazırlıq kursu 2 ay davam edəcək və hər bir sahə üzrə dərslər həftədə 2 dəfə olacaqdır.
Kurslar test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir.
   Hazırlıq kursunda metodika və təlim strategiyaları, habelə informasiya və kommunikasiya texnologiyaları “İstedad-XXI əsr” hazırlıq kurslarından cəlb olunmuş mütəxəssislər tərəfindən tədris ediləcəkdir.
   Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Komissiyanın Test mərkəzində sınaq imtahanları keçiriləcəkdir.
   Hazırlıq kursuna qəbul üçün qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.
   Əlaqə telefonu: (036) 545-65-71
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 1
Dünən 345
Bu gün 3
Ümumi 67899

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.