Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə növbəti görüş keçirilmişdir.

2018-05-04

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası məqsədilə Komissiyanın tədbirlər planına uyğun olaraq 2 may 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilmişdir.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tələbələrə rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə yaradılan Komissiya kadr siyasətinin aparılması, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsivə digər sahələrdə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bildirilmişdir ki, Komissiya tərəfindən indiyədək keçirilmiş 14 müsabiqə nəticəsində 983 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 38,2 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti olan dövlət qulluqçularıdır.
   İsmayıl Qəribli qeyd etmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Komissiyanın təcrübəli əməkdaşları tərəfindən hamiliyə götürülən ixtisasın tələbələri üçün ayda iki dəfə açıq dərslər keçirilir, Komissiyanın yerləşdiyi binada istehsalat təcrübəsi təşkil olunur, tələbələr dərslik və yeni elmi nəşrlərlə təmin edilirlər.
   Tələbələrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəşri olan “Dövlət İdarəçilik Nəzəriyyəsi” kitabının elektron variantı hədiyyə edilmişdir.
   Sonra tələbələr Komissiyanın struktur bölmələri ilə tanış olmuş, onlara Komissiyanın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilmişdir. Tələbələr Komissiyanın Test mərkəzində dövlət qulluğuna qəbulun 1-ci mərhələsini - test imtahanlarını əyani olaraq izləmişlər.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 2
Dünən 322
Bu gün 120
Ümumi 30245
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.