Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiya tərəfindən 5 mart 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə may ayının 1-dən start verilmişdir.

2018-05-04

Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 mart 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə may ayının 1-dən start verilmişdir. Müsabiqəyə çıxarılan 302 vakant vəzifənin tutulması üçün 394 namizəd sənəd təqdim etmişdir. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi (56 nəfər), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (53 nəfər), Televiziya və Radio Şurası (38 nəfər), Dövlət Sosial Müdafiə Fondu (35 nəfər), Dövlət Statistika Komitəsi (31 nəfər) və İqtisadiyyat Nazirliyi (27 nəfər) üstünlük təşkil etmişdir.
  Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın video çəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilir.
   Test imtahanları 15 may 2018-ci il tarixədək davam edəcəkdir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 3
Dünən 322
Bu gün 119
Ümumi 30244
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.