Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

DÖVLƏT QULLUĞUNA QƏBUL OLUNMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

2018-05-10

     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün may ayının 15-dən yeni hazırlıq kursları fəaliyyətə başlayacaqdır.
      Hazırlıq kursu Komissiyanın inzibati binasında təşkil olunacaqdır.
   Aylıq ödəniş 100 manat olan hazırlıq kursu qanunvericilik, dünyagörüşü, informasiya texnologiyaları və məntiq üzrə aparılacaqdır. Qanunvericilik və dünyagörüşü Komissiyanın təcrübəli əməkdaşları tərəfindən, informasiya texnologiyaları və məntiq isə “İstedad-XXI əsr” hazırlıq kurslarından cəlb olunmuş mütəxəssislər tərəfindən aparılacaqdır.
     3 aylıq kurs dövlət qulluğuna qəbul üzrə test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir. Hər bir sahə üzrə dərslər həftədə 2 dəfə keçiriləcək. Hər ayın sonunda iştirakçıların hazırlıq səviyyəsini müəyyən etmək üçün Komissiyanın Test mərkəzində sınaq imtahanları aparılacaqdır.
     Hazırlıq kursuna qəbul üçün qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.
      Əlaqə telefonu: (036) 545-65-71

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı