Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Daxili İşlər Nazirliyində xidmətə qəbul olunmaq istəyənlərin nəzərinə

2018-05-23

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2018-ci ilin iyun ayının 1-dən Komissiyanın inzibati binasında daxili işlər orqanlarında xidmətə qəbul üçün hazırlıq kursları təşkil olunacaqdır.
    Aylıq ödənişi 125 manat olan hazırlıq kursu 3 ay davam edəcək və hər bir sahə üzrə dərslər həftədə 2 dəfə olacaqdır. Vəsait Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödənilməlidir.
    Hazırlıq kursunda dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası və pedaqoji ixtisaslar üzrə bitirmiş şəxslər iştirak edə bilər.
    Kurslar test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir.
    Hazırlıq kursunda qanunvericilik NDU-nun müəllimi, hüquqşünas Türkan Gülməmmədli tərəfindən, məntiq, pedaqogika və psixologiya (pedaqoji ixtisaslar üçün) “İstedad-XXI əsr” hazırlıq kurslarından cəlb olunmuş mütəxəssislər tərəfindən tədris ediləcəkdir.
    Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Komissiyanın Test mərkəzində sınaq imtahanları keçiriləcəkdir.
    Hazırlıq kursuna qəbul üçün qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.
Əlaqə telefonu: (036) 545-65-71

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı