Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiya dövlət qulluqçuları üçün seminarlara başlayıb

2014-04-30

Aprelin 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Babək rayonunda “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında kadrlarla iş” mövzularında səhər və günün ikinci yarısında seminarlar keçirilib. Seminarlarda komissiyanın sədri Etibar Musa­yevin, şöbə müdiri Rafiq Nəcəfovun, sektor müdiri Arzuman İmanovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, 31 may 2007-ci il tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun birinci maddəsində qeyd olunur ki, etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.
Günün ikinci yarısında keçirilən “Dövlət orqanlarında kadrlarla iş” mövzusunda seminarda iştirakçılara dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları, dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılması, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması qaydaları, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları, dövlət orqanları tərəfindən komissiyaya göndərilən sənədlərdə daha çox rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.