Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün esse imtahanı mərhələsi keçirilib

2018-09-06

    Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə 5 sentyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün bu il iyun ayının 1-də elan edilmiş müsabiqənin esse imtahanı mərhələsi keçirilib.
    Müsabiqəyə çıxarılmış vakant vəzifələrin tutulması üçün test imtahanında 20 namizəd iştirak etmiş, keçid balını toplamış 5 nəfər esse mərhələsində iştirak emək hüququ qazanmışdır. İmtahan başlanmamışdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılmış, esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilmişdir. İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır.
    İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Ümummilli Lider Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusu təqdim edilmişdir.
    İştirakçılar esse yazarkən fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etməlidirlər.
    Yazı işləri yoxlanılarkən yuxarıdakı meyarlar nəzərə alınmış və iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilmişdir.
    İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı