Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Komissiya tərəfindən keçirilən imtahanlarda obyektivlik və şəffaflıq tam təmin edilib

2018-09-07

    Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri avqust ayı ərzində də davam etdirmişdir.
    Ay ərzində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində orta və böyük rəis heyəti vəzifələrin tutulması üçün test imtahanları keçirilmişdir. 21-22 avqust 2018-ci il tarixlərdə keçirilən test imtahanında iştirak edən 47 namizəddən 9-u test imtahanlarında müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
    Komissiyanın Əsasnaməsinə uyğun olaraq dövlət qulluğuna qəbul olmaq istəyən 32 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilmişdir. Həmçinin Komissiya tərəfindən dövlət qulluğuna və dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün keçirilmiş sınaq imtahanlarında 47 nəfər iştirak etmişdir.
    Komissiya tərəfindən muxtar respublikada müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün test imtahanlarına 24 avqust 2018-ci il tarixdən start verilmişdir. Keçirilən test imtahanlarıda iştirak etmək üçün 527 nəfər sənəd təqdim etmişdir. Test imtahanlarında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxslər müvafiq vəzifələrə təyin olunacaqlar.
    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin müraciəti əsasında vakant baş mühasib vəzifəsinin tutulması üçün keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış 1 nəfərin müsahibə mərhələsində və müvafiq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilmiş 2 daxili müsahibədə Komissiyanın nümayəndəsinin iştirakı təmin edilmişdir.     Ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 13 namizəddən 1-i vakant vəzifəyə təyin olunmuşdur.
    Komissiya Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçularının qarşısında duran vəzifələr” mövzusunda seminar keçirmişdir. Seminarda Komissiya tərəfindən keçirilmiş sonuncu müsabiqədə uğur qazanaraq mərkəzi icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifələrə təyin olunmuş 44 dövlət qulluqçusu iştirak etmişdir.
    Avqust ayı ərzində elektron xidmətlərin təşkili həyata keçirilmiş, “Daxili İşlər Nazirliyində xidmətə qəbul, müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulunun aparılması üzrə qeydiyyat üçün müraciət və sənədlərin qəbulu” istiqaməti üzrə 576 nəfərə Komissiya tərəfindən elektron xidmət göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı