Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Hüquqşünasların nəzərinə!

2018-09-12

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2018-ci il oktyabr ayının 1-dən Komissiyanın inzibati binasında hazırlıq kursları təşkil olunacaqdır.
    Kurs, Hüquq nəzəriyyəsi və Konstitusiya hüququnun tədrisi ilə başlayıb Cinayət hüququ və Mülki hüquq fənlərinin tədrisi ilə davam etdiriləcəkdir (hər bir fənn üzrə həftədə 2 dəfə olmaqla). Daha sonra isə prosessual hüquq sahələrinin tədris olunması nəzərdə tutulur.
    Hazırlıq kursunda fənlər Naxçıvan Dövlət Universitetinin müəllimləri, hüquqşünaslar Əli Qədimov və Yunis Xəlilov tərəfindən tədris ediləcəkdir.
    Tədris proqramına uyğun olaraq təşkil ediləcək dərslərdə, həmçinin mövzulara dair test tapşırıqları və kazuslar veriləcək, sınaq imtahanları keçiriləcəkdir.
    Hazırlıq kursunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı, dövlət orqanlarında xidmətə qəbul olunmaq istəyən hüquqşünaslar və öz hüquqi biliklərini daha da təkmilləşdirməyi arzu edən hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edə bilərlər.
    Aylıq ödəniş haqqı 100 manatdır (hər bir fənn üçün 50 manat). Vəsait Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödənilməlidir.
    Hazırlıq kursuna qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı