Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün MÜSABİQƏ ELANI

2018-09-15

  Müsabiqədə iştirak etmək istəyən şəxslər 17 sentyabr 2018-ci il tarixdən 17 oktyabr 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
  Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə test imtahanında iştirak üçün 70 manat məbləği Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödəməli və ödənişə dair qəbzin surətini Komissiyaya təqdim etməlidirlər.
    Namizədlər həmçinin Komissiyaya gəlmədən, “şəxsi kabinet” vasitəsilə onlayn olaraq bank kartları ilə ödəniş edə bilərlər.
    Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.
    Namizəd bir neçə vakant vəzifənin tutulması üçün vəzifə təlimatları ilə tanış olub müraciət edə bilər.
  Maraqlananlar Komissiyanın (036)545-65-71 nömrəli əlaqə telefonu və ya dqmk@nakhchivan.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı