Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olmaq istəyənlərin nəzərinə!

2018-09-19

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2018-ci il oktyabr ayının 1-dən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün hazırlıq kursları təşkil olunacaqdır.
    Kursda həmçinin diaqnostik qiymətləndirilmənin aparılması zamanı aşağı nəticə toplamış müəllimlər də iştirak edə bilər.
    Aylıq ödənişi 100 manat olan hazırlıq kursu metodika və təlim strategiyaları və informatika istiqamətləri üzrə aparılacaqdır. Hazırlıq kursu 2 ay davam edəcək və hər bir sahə üzrə dərslər həftədə 2 dəfə olacaqdır.
    Kurslar test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir. Hazırlıq kursunda metodika və təlim strategiyaları, habelə informasiya və kommunikasiya texnologiyaları “İstedad-XXI əsr” hazırlıq kurslarından cəlb olunmuş mütəxəssislər tərəfindən tədris ediləcəkdir.
    Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Komissiyanın Test mərkəzində sınaq imtahanları keçiriləcəkdir.
    Hazırlıq kursuna qəbul üçün qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır. Kursda iştirak etmək istəyənlərin 28 sentyabr 2018-ci ilədək qeydiyyatdan keçmələri xahiş olunur.
Əlaqə telefonu: (036) 545-65-71

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı