Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Komissiya tərəfindən dövlət orqanlarında mətbuat xidməti əməkdaşları üçün təkrar attestasiyanın test imtahanı mərhələsi keçirilmişdir

2018-10-03

    Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə 2 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində təkrar attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test imtahanı keçirilmişdir. Test imtahanında 7 iyun 2018-ci il tarixdə keçirilən müsabiqədə keçid balını (50 bal) toplaya bilməmiş, habelə sosial məzuniyyətdən qayıtmış 6 dövlət qulluqçusu iştirak etmiş, namizədlərdən 5-i müvafiq keçid balını toplamışdır.
    Test imtahanında iştirakçılara qanunvericilik üzrə 70, dünyagörüşü üzrə 30 sual olmaqla 100 sual təqdim edilmişdir. Qanunvericilik üzrə suallar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Məlumat azadlığı haqqında”, “Kütləvi informasiya vaistələri haqqında”, “Dövlət sirri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununlarını, dünyagörüşü üzrə suallar isə Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının ədəbiyyatı, tarixi və coğrafiyası haqqında ümumi bilikləri əhatə etmişdir.
    Test imtahanında uğur qazanmış şəxslər attestasiyanın ikinci mərhələsində iştirak etmək hüququ qazanmışlar. İkinci mərhələdə esse yazılmaqla iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndiriləcəkdir. İmtahan başlanmamışdan əvvəl iştirakçılara slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. Sualları cavablandırmaq üçün iştirakçılara 2 saat 30 dəqiqə vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir.
    Test imtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı