Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

İşə yeni qəbul olunan gənc dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib

2018-10-09

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə Fondun aparatı və yerli “Dövlət qulluqçularının əsas hüquq və vəzifələri” mövzusunda çıxış edən fondun əməkdaşı Hürü Məhərrəmli bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçularının hüquqları ilə yanaşı, onların üzərinə düşən vəzifələr də müəyyən olunub. Dövlət qulluqçuları öz iş funksiyalarını dərindən bilməklə yanaşı, dövlətinə və xalqına sədaqətli olmalı, vətəndaşların qanuni mənafelərini təmin etməli və qorumalıdırlar. Vətəndaşların və ictimai birliklərin, habelə müəssisə, idarə və təşkilatların, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə öz qulluq vəzifəsi çərçivəsində vaxtında baxmaq və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qərarlar qəbul etmək dövlət qulluqçusunun vəzifə borclarındandır.
    Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı Mahir Abbasovun “Dövlət qulluqçularının etik davranış qaydaları”, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı İslam Hüseynovun “Dövlət qulluğunda çalışmaq dövlətə və xalqa xidmətdir” mövzularında çıxışları dinlənilib.
    Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı İslam Hüseynov "Dövlət qulluğunda çalışmaq dövlətə və xalqa xidmət imkanıdır" mövzusunda çıxışı dinlənilib.
    Sonda seminar iştirakçılarını maraqlandıran suallara cavab verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı