Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Komissiya tərəfindən təkrar attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün esse imtahanı mərhələsi keçirilib

2018-10-25

    Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə 24 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təkrar attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının esse imtahanı mərhələsi keçirilib.
    Test imtahanında uğur qazanan 5 nəfər esse mərhələsində iştirak etmişdir. İmtahan başlanmamışdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılmış, esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilmişdir. İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır.
    İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır mövzusu təqdim edilmişdir.
    İştirakçılar esse yazarkən fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etməlidirlər.
    Yazı işləri yoxlanılarkən yuxarıdakı meyarlar nəzərə alınmış və iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilmişdir.
    İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 3
Dünən 382
Bu gün 180
Ümumi 90650

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.