Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

“Dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilmişdir

2018-10-27

    26 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya birlikdə “Dövlət orqanlarının mətbuat xidmətləri tərəfindən ictimaiyyətlə əlaqələrin təşkili” mövzusunda seminar keçirmişdir. Seminarda dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə 22 əməkdaşı iştirak etmişdir.
    Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli giriş sözü ilə açaraq bildirmişdir ki, 19 may 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş tədbirdə Komissiyaya bir sıra tapşırıqlar verilmişdir. Belə ki, iclasda Komissiyaya dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə qəbulla bağlı növbədənkənar müsabiqə elan edilməsi, müsabiqənin test mərhələsindən sonra mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müvafiq vəzifələrin iddiasında olan namizədlərin yaradıcılıq qabiliyyətlərinin yoxlanması üçün esse imtahanının təşkil edilməsi, haliyədə fəaliyyət göstərən mətbuat xidmətləri əməkdaşlarının bir ay ərzində attestasiyasının keçirilməsi, habelə Ali Məclis Aparatının aid şöbəsi ilə birlikdə orqanların mətbuat xidmətləri əməkdaşlarının peşə vərdişlərinin təkmilləşdirilməsi üçün seminarın keçirilməsi tapşırılmışdır.
    Ötən dövrdə Komissiya tərəfindən keçirilən attestasiyada iştirak edən 16 nəfərdən 11-i, təkrar attestasiyada isə 6 nəfərdən 5-i uğur qazanmışdır. Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün 1 iyun 2018-ci il tarixdə elan edilmiş müsabiqədə 8 vakant vəzifənin tutulması üçün 20 namizəd sənəd təqdim etmiş, 4 namizəd müvəffəqiyyət qazanaraq iddia etdikləri vəzifəyə təyin olunmuşlar. Bugünkü seminarın məqsədi kütləvi informasiya vasitələri üçün dövlət orqanlarının fəaliyyəti ilə bağlı materialların elmi əsaslarla hazırlanması qaydasının iştirakçıların diqqətinə çatdırılmasıdır.
    Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, müşavirələr keçirilmiş, fəaliyyətin təşkili ilə bağlı yeni vəzifələr müəyyənləşdirilmişdir. Görülən işlərin davamı olaraq bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə mətbuat xidməti əməkdaşları üçün seminar keçirilir. Məqsəd ondan ibarətdir ki, mətbuat xidmətləri ilə kütləvi infromasiya vasitələri arasındakı əlaqələr davamlı və səmərəli qurulsun, əməkdaşların peşəkarlığı artırılsın, informasiya-məlumatlandırma işi düzgün həyata keçirilsin. Daha sonra Ülvi Hüseynli mətbuat xidməti əməkdaşlarının fəaliyyətinin təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.
    Naxçıvan Dövlət Universitetinin Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Kütləvi informasiya vasitələri üçün dövlət orqanlarının fəaliyyəti barədə materialların hazırlanması qaydası” mövzusunda çıxış etmiş, press-reliz, çıxış, müsahibə, hesabat, prezentasiya (təqdimat), mətbuat konfransı, brifinq, xüsusi informasiya bülletenlərinin hazırlanmasının qaydaları və şərtləri, habelə ictimaiyyətlə əlaqələrin qurulmasının digər vasitələri haqqında slaydlar vasitəsilə ətraflı məlumat vermişdir.
    Sonda seminar iştirakçıları öz fikirlərini bölüşmüş, geniş müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
    Seminara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli yekun vurmuşdur.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 3
Dünən 382
Bu gün 156
Ümumi 90626

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.