Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində vakant psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün test imtahanları keçirilmişdir

2018-11-01

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində 17 sentyabr-17 oktyabr 2018-ci il tarixlərində elan edilmiş Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) vəzifələrinə işə qəbul üçün 29-31 oktyabr tarixlərində test imtahanları keçirilmişdir.
    Müsabiqəyə çıxarılmış 97 vakant vəzifənin tutulması üçün 68 nəfər sənəd təqdim etmişdir. Test imtahanında iştirakçılara 80 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilmişdir. Keçirilən imtahanlarda test tapşırıqlarının ən azı 50 faizini (40 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış hesab olunurlar. Qanunvericiliyə əsasən keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur.
    Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etməklə geniş imkanlardan yararlana biliblər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların video çəkilişi də aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
    Test imtahanlarında iştirak edən 67 namizəddən 56-sı keçid balını toplamışdır.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 1
Dünən 382
Bu gün 156
Ümumi 90626

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.