Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda növbəti seminar

2014-06-10

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsinə nəzarətin artırılması və dövlət orqanlarında kadr qurumlarının işinin gücləndirilməsi məqsədi ilə Ordubad rayonunda maarifləndirici seminar keçirmişdir.
Seminarı giriş sözü ilə açan komissiyanın sədri Etibar Musayev dövlət qulluğuna qəbulun əsas prinsipləri və komissiyanın həyata keçirdiyi tədbirlər haqqında seminar iştirakçılarına məlumat vermişdir.
Etibar Musayev çıxışında onu da qeyd etmişdir ki, dövlət qulluqçusu statusuna malik olan hər bir şəxsin üzərinə mühüm vəzifələr düşür. Belə ki, dövlət qulluqçusu qanunvericiliyi dərindən öyrənməli, ixtisası üzrə biliklərini tətbiq etmə bacarığına malik olmalı, tapşırılan vəzifənin öhtəsindən layiqincə gəlmək üçün səy göstərməlidir. Bununla yanaşı hər bir dövlət qulluqçusu “Etik davranış qaydaları haqqında” Qanununun tələblərinə əməl etməli, qanununun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalıdır.
Komissiyanın şöbə müdiri Rafiq Nəcəfov “Etik davranış qaydaları haqqında” Qanununun müddəalarını ətraflı şərh etmiş, slaydlar vasitəsi ilə qanunun tələblərini seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Qeyd edilmişdir ki, “Etik davranış qaydaları haqqında” Qanununun tələblərinə əməl edilməsinə nəzarəti dövlət orqanının rəhbəri həyata keçirməlidir. Eyni zamanda “nəzarət orqanı” kimi komissiyanın üzərinə də bu sahədə bir sıra vəzifələr düşür.
Günün ikinci yarısında seminar öz işini davam etdirmişdir. Komissiyanın sektor müdiri Arzuman İmanov çıxış edərək dövlət orqanlarında kadr qurumlarının işinin gücləndirilməsi məqsədi ilə seminar iştirakçılarına “Dövlət qulluqçularınnın şəxsi işinin aparılması Qaydaları”, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması qaydaları haqqında ətraflı məlumat vermişdir.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.