Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə Bölmədə vakant olan vəzifələrin tutulması üçün MÜSABİQƏ ELAN EDİR

2018-11-06

    Müsabiqədə iştirak etmək istəyən şəxslər 6 noyabr 2018-ci il tarixdən 6 dekabr 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet”bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
    Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Komissiyaya təqdim edilməlidir.
    Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
    Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.
    Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Komissiyaya gəlməklə müraciət edə bilərlər.
  Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya dqmk@nakhchivan.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 3
Dünən 382
Bu gün 154
Ümumi 90625

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.