Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

“Naxçıvan Muxtar Respublikası rayon (şəhər) icra hakimiyyətlərinin aparatlarında sənədlərlə işin aparılması və vətəndaşların müraciətlərinə baxılması qaydaları” mövzusunda seminar keçirilmişdir

2018-11-14

    13 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “Naxçıvan Muxtar Respublikası rayon (şəhər) icra hakimiyyətlərinin aparatlarında sənədlərlə işin aparılması və vətəndaşların müraciətlərinə baxılması qaydaları” mövzusunda seminar keçirmişdir. Seminarda muxtar respublikanın rayon (şəhər) icra hakimiyyəti orqanlarının Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdirləri və kargüzarlıq işi üzrə məsul olan əməkdaşlarından ibarət 20 dövlət qulluqçusu iştirak etmişdir.
    Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli giriş sözü ilə açaraq bildirmişdir ki, dövlət orqanlarının fəaliyyəti sənədləşmədə öz əksini tapır. Bu mənada, kargüzarlıq dövlət orqanlarının fəaliyyətlərinin güzgüsüdür. Kargüzarlıq sisteminin qurulması dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsinə və idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə səbəb olur. Bu baxımdan dövlət orqanlarında kargüzarlığın düzgün təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin bir sıra hallarda sənədlərin hazırlanmasında nöqsanlar müşahidə olunur. Bugünkü seminarın məqsədi kargüzarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.
    Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri İlkin Abdullayev “Dövlət orqanlarının kargüzarlıq xidməti əməkdaşlarının qarşısında duran vəzifələr” mövzusunda çıxış etmişdir. Şöbə müdiri qeyd etmişdir ki, cari ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası rayon (şəhər) icra hakimiyyəti orqanlarında kargüzarlığın aparılmasına nəzarət məqsədi ilə həmin orqanların kargüzarlıq xidmətlərində sənədləşmə qaydalarına baxışlar keçirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, qeydiyyat jurnallarının və qeydiyyat-nəzarət vərəqələrinin doldurulmasında, kartotekalardan düzgün istifadə edilməsində bir sıra nöqsanlara yol verilmişdir. Yoxlamalar zamanı Təlimatın tələblərinə riayət edilməsi kargüzarlıq xidmətinin əməkdaşlarının diqqətinə çatdırılmış və metodiki köməklik göstərilmişdir.
    Daha sonra Komissiyanın Mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli hazırlanmış slaydlar vasitəsilə dövlət orqanlarında kargüzarlığın aparılması işi, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu və arxivə verilməsi, habelə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə məlumat vermişdir.
    Sonda geniş müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
    Seminara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli yekun vurmuşdur.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 5
Dünən 567
Bu gün 109
Ümumi 102243

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.