Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə:
Sınaq imtahanı keçiriləcəkdir!

2018-11-26

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün 1-2 dekabr 2018-ci il tarixlərdə sınaq imtahanı keçiriləcəkdir.
Sınaq imtahanı inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun inzibati vəzifələrin tutulması üzrə test proqramını əhatə edəcəkdir. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.

Sınaq imtahanında iştirak etmək üçün namizədlər 20 manat (hazırda Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 10 manat) məbləği Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 1 dekabr 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Sınaq imtahanı Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı