Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə: Sonuncu sınaq imtahanı keçiriləcəkdir!

2018-12-26

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün 30 dekabr 2018-ci il tarixdə sınaq imtahanı keçiriləcəkdir.
   Sınaq imtahanı inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun inzibati vəzifələrin tutulması üzrə test proqramını əhatə edəcəkdir. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
   Sınaq imtahanında iştirak etmək üçün namizədlər 20 manat (hazırda Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 10 manat) məbləği Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 29 dekabr 2018-ci il tarixədək Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
   Sınaq imtahanı Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 1
Dünən 555
Bu gün 67
Ümumi 119806

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.