Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

Komissiya tərəfindən 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsi başlayıb

2019-01-10

  Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə 2019-cu il yanvar ayının 7-dən start verilmişdir. Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim etmişdir ki, bu da son illərdə qeydə alınmış ən yüksək göstəricidir. Sənəd təqdim edənlərdən 344 nəfəri kişi, 239 nəfəri isə qadındır, həmin şəxslərin 81,6%-ni gənclər təşkil edir. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 nəfər), Turizm Departamenti, ( 69 nəfər), Mədəniyyət Nazirliyi (58 nəfər), Dövlət Statistika Komitəsi (57 nəfər), Təhsil Nazirliyi (53 nəfər) və Dövlət Sosial Müdafiə Fondu (46 nəfər) üstünlük təşkil edir.
  Test imtahanlarında müvafiq keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
   Test imtahanları 21 yanvar 2019-cu il tarixədək davam edəcəkdir.
Namizədlərin nəzərinə

Faydalı keçidlər



Sayğac
Online 1
Dünən 555
Bu gün 68
Ümumi 119807

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.