Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Gömrük orqanlarında xidmətə qəbul olunmaq istəyənlərin nəzərinə: Sınaq imtahanı keçiriləcəkdir!

2019-01-22

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən gömrük orqanlarında xidmətə qəbul olunmaq istəyən şəxslər üçün 26-27 yanvar 2019-cu il tarixlərində sınaq imtahanı keçiriləcəkdir.

Sınaq imtahanı qəbul proqramına uyğun olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.

Sınaq imtahanında iştirak etmək üçün namizədlər 40 manat məbləği (hazırda Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 20 manat) Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 26 yanvar 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Sınaq imtahanı Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı