Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə əlaqə Qəbul günləri
Dövlətçiliyimiz


Aktual keçidlər

“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib

2019-02-09

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 8 fevral 2019-cu il tarixdə dövlət orqanlarının 32 nümayəndəsinin iştirakı ilə "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda seminar keçirilmişdir.
   Seminarı Komissiyanın sədri İsmayıl Qəribli giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması və dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi məqsədi ilə 2007-ci il 31 may tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Qanuna əsasən, etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri xidməti qaydada, yuxarı orqan tabeçilik əsasında həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış qaydalarına əməl olunmasına nəzarəti əsasnaməsinə uyğun olaraq həyata keçirir, dövlət qulluqçularından və digər şəxslərdən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayətləri və məlumatları qəbul edir, araşdırmalar aparır, belə halların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verir. Bugünkü seminarın məqsədi qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.
   İsmayıl Qəribli qeyd etmişdir ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermə¬məlidir.
   Dövlət qulluqçularının etik davranışı korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri olmaqla, dövlət qulluğuna ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır. Dövlət qulluqçuları vəzifə funksiyalarının icrası zamanı bu qaydaları və bu sahədə müəyyən edilmiş dəyərləri rəhbər tutmalı, dövlət orqanlarının rəhbərləri davranışları ilə tabeliyindəki dövlət qulluqçularına nümunə olmalı, etik qaydaların tələblərinə onların əməl etməsini təmin etməlidirlər.
   Daha sonra Komissiyanın şöbə müdiri Mahir Abbasov "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda çıxış etmiş və slaydlar vasitəsi ilə dövlət qulluqçularının etik davranış qaydaları, bu qaydaların həyata keçirilməsinə nəzarət və etik davranış qaydalarının pozulmasına görə məsuliyyətlə bağlı məlumat vermişdir.
   Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Namizədlərin nəzərinə
Faydalı keçidlər
Sayğac
Online 4
Dünən 462
Bu gün 100
Ümumi 137291

Başlanma tarixi: 01 fevral 2018

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2018 © Bütün hüquqlar qorunur.