Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə dövlət vergi orqanlarında vakant olan vəzifələrin tutulması üçün MÜSABİQƏ ELAN EDİR

2019-02-28

Müsabiqədə iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik, yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 04 mart 2019-cu il tarixdən 04 aprel 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş sürətlərini “şəxsi kabinet”ə yükləməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsi;
 2. Ali təhsil barədə diplom (Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə);
  3. Əmək kitabçası (son iş yeri barədə qeydin olması şərti ilə);
  4. Hərbi bilet;
  5. 3x4 sm ölçüdə fotoşəkil (ağ fonda).

Namizədlər elektron ərizəni təsdiq etmək üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Komissiyaya təqdim edilməlidir.

Namizəd bir neçə “vakant vəzifənin” tutulması üçün müraciət edə bilər.

Sənəd qəbulu zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən və üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən vətəndaşların sənədləri qəbul edilmir. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Qeyd: Müsabiqəni müvəffəqiyyətlə keçmiş, sahibkarlıq fəaliyyət ilə məşqul olan namizədlər fəaliyyətləri ləğv olunmadan işlə təmin olunmurlar. Namizəd ona təklif olunan vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.

Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.

Əlaqə telefonu: (036)-545-68-04

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı