Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılıb

2019-03-14

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri fevral ayında da davam etdirmiş, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv edilmişdir.

Komissiyanın İş planına uyğun olaraq “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında 1032 dövlət qulluqçusunun iştirak etdiyi 8 maarifləndirici seminar keçirilmişdir. Şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları keçirilmiş, imtahanlarda 445 müəllim iştirak etmiş, onlardan 404-ü müvafiq keçid balını toplamışdır.

Muxtar respublikada ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün 6 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test mərhələsi keçirilmiş, müsabiqəyə çıxarılan 38 vakant vəzifənin tutulması üçü 10 nəfər sənəd təqdim etmiş, 5 namizəd keçid balını toplamışdır. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Ali Məclisin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada vakant şöbə müdiri vəzifələrinin tutulması üçün 3 namizədin iştirakı ilə test imtahanları keçirilmiş, müvafiq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 4 daxili müsahibədə komissiya nümayəndəsinin iştirakı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı