Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Müsabiqədə uğur qazanmış namizədlər dövlət orqanlarında vəzifələrə təyin olunmuşlar

2019-04-04

Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi və dövlət qulluğunun yüksək şəxsi keyfiyyətlərə və ixtisas biliklərinə malik kadrlarla komplekləşdirilməsi istiqamətində işlərin görülməsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci ildə elan edilmiş müsabiqəyə 40 dövlət orqanından 305 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 583 nəfər sənəd təqdim etmişdir. Müsabiqənin 7-21 yanvar 2019-cu il tarixlərdə keçirilən test imtahanları mərhələsində 570 namizəd iştirak etmiş və onlardan 257-si uğur qazanmışdır. Test imtahanında keçid balını toplamış 250 nəfər və digər müsabiqələrdə sertifikat əldə etmiş 25 nəfər olmaqla, ümumilikdə 275 namizəd müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdir.

Müsabiqənin 1-18 mart 2019-cu il tarixlərdə keçirilən müsahibə mərhələsində 210 namizəd iştirak etmiş, 106 nəfər müvəffəqiyyət qazanmışdır. Onlardan 100-nün sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilmiş və 99-u iddia etdikləri vəzifələrə təyin olunmuş, 1 namizəd təklif olunan vəzifədən imtina etmişdir.

Müsabiqənin müsahibə mərhələsində müvafiq keçid balını toplamış 6 namizəd ehtiyat kadr siyahısına salınmışdır ki, gələcəkdə həmin şəxslərin müvafiq işlə təmin olunması diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı