Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilmişdir

2019-03-29

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə 29 mart 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiyanın əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetində seminar keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və hüquq fakültəsinin dekan müavini Novruzəli Rəhimov çıxış edərək Komissiya tərəfindən keçirilən bu cür seminarların tələbələrin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamışdır.

Komissiyanın böyük məsləhətçisi Zaman Bağırov “Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycanda müasir dövlət idarəçilik sistemi” mövzusu ilə əlaqədar slaydlarını təqdim etmişdir. Z.Bağırov müasir dövlət qulluğu sisteminin formalaşmasında eləcə də, dövlət qulluğu sahəsində islahatların aparılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olduğunu, onun keçirmiş olduğu islahatlar nəticəsində hazırda Azərbaycanda müasir standartlara cavab verən yüksək səviyyədə dövlət qulluğu sisteminin mövcud olduğunu bildirmişdir.

Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədli “Dövlət qulluğuna qəbul qaydaları” mövzusunda hazırladığı slaydlar vasitəsilə dövlət qulluğunda kadr siyasətinin aparılması qaydaları, dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsi, test və müsahibə mərhələləri, eləcə də ehtiyat kadrlar siyahısının tərtib olunması barədə geniş məlumat vermişdir.

Daha sonra tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır.

Seminarın sonunda Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı