Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

DÖVLƏT QULLUĞUNA QƏBUL OLUNMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ! Yeni hazırlıq kursu fəaliyyətə başlayır!

2019-04-16

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yaxın günlərdə yeni hazırlıq kursu (səhər və axşam qrupları) fəaliyyətə başlayacaqdır. Hazırlıq kursu Komissiyanın inzibati binasında təşkil olunacaqdır.

Aylıq ödəniş 100 manat olan hazırlıq kursu qanunvericilik, Azərbaycan dili, informasiya texnologiyaları və məntiq istiqamətləri üzrə aparılacaqdır.

3 aylıq kurs dövlət qulluğuna qəbul üzrə test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir. Hər bir sahə üzrə dərslər həftədə 2 dəfə keçiriləcək. Hər ayın sonunda iştirakçıların hazırlıq səviyyəsini müəyyən etmək üçün Komissiyanın Test mərkəzində sınaq imtahanları aparılacaqdır.

Hazırlıq kursuna qəbul üçün qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı