Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilmişdir

2019-04-23

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisastəhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası məqsədilə 23 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüşü keçirilmişdir. Universitetin prorektoru Rafiq Rəhimov bildirib ki, adıçəkilən sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, bu sahədəki çətinlikləri aradan qaldırmaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq, onların gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Ümid Qurbanov bildirmişdir ki, sözügedən sərəncamın icrasının təmin edilməsi məqsədilə Komissiyada “İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzi” yaradılmış, gələcəkdə muxtar respublikada dövlət qulluğu sahəsində yeniliklərin tətbiq edilməsi, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələrin üzə çıxarılması, innovativ ideyaların dəstəklənməsi üçün tələbələrlə birgə startap layihələrinin hazırlanması da nəzərdə tutulmuşdur. Sözügedən layihələrdə gənclərin intellektual və yaradıcı potensialının, ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şəraitin yaradılması, gənc nəslin dövlət qulluğu sahəsində fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir. Bu da gənclərin daha fəal iştirakının stimullaşdırılması onların innovativ yanaşmalar və biliklər əldə etməsini şərtləndirir. Belə layihələrin həyata keçirilməsi nəticəsində tələbələr dövlət qulluğunun bütün sahələri ilə yaxından tanış olur, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər. Bu cür yeniliklər yetişən gənc nəslin gələcək iş həyatları üçün önəmli bir körpü yaradır.
Daha sonra Komissiyanın əməkdaşları Türkan Gülməmmədli “Dövlət orqanlarında vətəndaşların dövlət qulluğuna müsabiqə vasitəsilə qəbulu qaydaları”, Zaman Bağırov isə “İnkişaf etmiş ölkələrdə dövlət qulluğu” mövzularında slaydlar vasitəsilə açıq dərslər keçmişlər.
Tədbirin sonunda müzakirələr aparılmış, tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı