Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ali və orta ixtisas təhsilli gəncləri "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən könüllü əsaslarla fəaliyyət göstərmək üçün "Səyyari dövlət qulluğu xidməti könüllülüyü" layihəsinə dəvət edir.

2019-05-31

Layihənin iştirakçıları:
Layihədə 30 (otuz) gəncin iştirak etməsi nəzərdə tutulmuşdur.

Layihəyə iştirakçılar aşağıdakı meyarlar əsasında seçiləcəkdir:
- Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclər;
- ictimai fəallığı ilə seçilənlər;
- Layihədə qazanacağı məlumatların cəmiyyət arasında yayılmasında maraqlı olanlar.

Seçim prosesi Seçim Komissiyası tərəfindən 2 mərhələdə aparılacaqdır:
İlk mərhələdə layihədə iştirak etmək istəyən gənclər elektron ərizə formasını doldurmalıdır. Qənaətbəxş hesab edilən ərizə sahibləri ikinci mərhələyə dəvət ediləcəkdir.
İkinci mərhələdə müsahibə vasitəsilə seçim aparılacaqdır. Layihənin tələblərinə cavab verən gənclərə üstünlük veriləcəkdir. Seçim zamanı gender, təhsil müəssisələri və digər amillərə görə balans nəzərə alınacaqdır.

Layihənin təşkili
Layihə təlim-tədris və xidmətin göstərilməsi hissələrindən ibarət olmaqla "Səyyari dövlət qulluğu xidməti könüllülüyü" layihəsinin "Tədbirlər Planı"na uyğun həyata keçiriləcəkdir.
Təlim-tədrisdə şəxsi inkişaf, vətəndaşla ünsiyyət, qruplarla iş, dövlət qulluğu sahəsinin mənimsənilməsi və s. haqqında əsas fikirləri və meyarları özündə cəmləşdirən təlimlər təşkil olunacaq, bu mövzuda müzakirələr aparılacaqdır. Daha sonra gənclər 3 aylıq könüllü fəaliyyətə cəlb ediləcəklər.

3 aylıq proqramı tam başa vuran gənclərə Komissiyanın və Fondun birgə sertifikatları təqdim ediləcəkdir.

Qeydiyyat üçün: "https://docs.google.com/…/1FAIpQLSfhY66qCSqexrb4P…/viewform…"

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı