Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Vergi orqanlarında işə qəbul olunmaq istəyənlərin nəzərinə! Sınaq imtahanı keçiriləcəkdir!

2019-06-04

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət vergi orqanlarında işə qəbul olunmaq istəyən şəxslər üçün 8-9 iyun 2019-cu il tarixlərdə sınaq imtahanı keçiriləcəkdir.

Sınaq imtahanı test imtahanı proqramına uyğun olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.

Sınaq imtahanında iştirak etmək üçün namizədlər 30 manat (Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 15 manat) məbləği Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 8 iyun 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Sınaq imtahanı Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı