Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün MÜSABİQƏ ELANI

2019-06-21

Müsabiqədə iştirak etmək istəyən şəxslər 21 iyun-22 iyul 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Komissiyaya təqdim edilməlidir.

Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Komissiyaya gəlməklə müraciət edə bilərlər.

Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya dqmk@nakhchivan.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı