Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli təltif olunmuşdur

2019-06-24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikasının dövlət qulluqçuları təltif olunmuşdur.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. Bu münasibətlə İsmayıl müəllimi kollektivimiz adından təbrik edir, işlərində uğurlar arzulayırıq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı