Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün test imtahanı keçirilmişdir

2019-06-27

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün 27 iyun 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanı keçirilmişdir.

İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, ümumillikdə 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 3 saat vaxt verilmişdir. Müsabiqədə iştirak etmək üçün sənəd təqdim etmiş 14 namizəddən 11-i test imtahanında iştirak etmiş, onlardan 7 nəfəri müvafiq keçid balını (50 bal) toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışlar.

İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. İmtahanda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının əməkdaşları müşahidəçi kimi iştirak etmişdir.

İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı