Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Yeni hazırlıq kursu fəaliyyətə başlayıb!

2019-10-14

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən namizədlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kursları uğurla davam etdirilir. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş hazırlıq kursunun iştirakçılarından 3 nəfər 90-95 bal, 5 nəfər 85-89 bal, 5 nəfər 80-84 bal, 12 nəfər isə 70-79 bal intervalında nəticə göstərmişdir.
Hazırda müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün hazırlıq kursları fəaliyyətə başlamışdır. Kursda həmçinin diaqnostik qiymətləndirmənin aparılması zamanı aşağı nəticə toplamış müəllimlər də iştirak edə bilər.
Aylıq ödənişi 100 manat olan hazırlıq kursu metodika və təlim strategiyaları və informatika istiqamətləri üzrə aparılır. Hər bir sahə üzrə dərslər həftədə 2 dəfə keçirilir və 2 ay davam edəcəkdir.
Kurslar test imtahanı proqramına uyğun olaraq təşkil edilir. Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində sınaq imtahanları keçiriləcəkdir.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 23) aparılır.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı