Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!

2019-10-17

Çoxsaylı müraciətlər nəzərə alınaraq müsabiqəyə sənəd qəbulu 25 oktyabr 2019-cu il tarixədək uzadılmışdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.
Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya dqmk@nakhchivan.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı