Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən könüllülərin iştirakı ilə “Səyyar dövlət qulluğu xidməti könüllüyü” layihəsinin ikinci mərhələsinə start verilib

2019-10-23

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur Rayon Mədəniyyət Şöbəsinin inzibati binasında olmuş, xidmət zamanı dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması, eləcə də müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilmişdir.
Könüllülər təlimlər zamanı əldə etdiyi bilikləri xidmətdə tətbiq edərək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşının müşayiəti ilə vətəndaşlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul etmiş, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq onların skan edilmiş surətlərini şəxsi kabinetə yükləmiş və qeydiyyatdan keçirtməklə müsabiqələrdə iştiraklarını təsdiq etmişlər.
Gün ərzində 7 nəfərə səyyar elektron xidmət göstərilmişdir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın həyata keçirdiyi xidmət müsabiqələrin sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Onu da qeyd edək ki, layihənin birinci mərhələsində sənəd qəbulu zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması, vaxt və maliyyə itkisininin qarşısının alınması məqsədilə rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasına gələ bilməyən 72 vətəndaşa səyyar elektron xidmət göstərilmişdir.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq səyyari dövlət qulluğu xidmətinin növbəti ünvanı 25 oktyabr 2019-cu il tarixdə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin inzibati binasında olacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı