Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət qulluğuna və dövlət ümumi təhsil müəssisələrinə qəbul olunmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcəkdir!

2019-11-13

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 14-15 noyabr 2019-cu il tarixlərdə sınaq imtahanı keçiriləcəkdir. Sınaq imtahanı ixtisas fənni, metodika və təlim strategiyaları və informatika istiqamətləri üzrə olacaqdır.
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün isə 16-17 noyabr 2019-cu il tarixlərdə sonuncu sınaq imtahanı keçiriləcəkdir.
Sınaq imtahanında iştirak etmək üçün namizədlər 20 manat (Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 10 manat) məbləği Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 16 noyabr 2019-cu il tarixədək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
Sınaq imtahanı Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı