Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

XƏBƏRDARLIQ!

2019-11-20

Son günlərdə hansısa dövlət qulluğuna hazırlıq müəlliminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlığı barədə vətəndaşlardan müraciət və sorğular daxil olur.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bəyan edir ki, heç bir dövlət qulluğuna hazırlıq müəlliminin Komissiya ilə hər hansı bir formada əməkdaşlığı (test suallarının hazırlanması və ekspertizası, müsahibə mərhələsində müstəqil ekspert qismində iştirakı və sair) yoxdur.
Bildirilir ki, gələcəkdə bu cür dələduzluq və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın adından sui-istifadə halları müşahidə olunarsa, Komissiya həmin şəxslərin məsuliyyətə cəlb olunması və barələrində ölçü götürülməsi üçün hüquq mühafizə orqanlarına müraciət edəcəkdir!

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı