Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Gənc dövlət qulluqçuları arasında “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”nin “Breyn Rinq” mərhələsi keçirilmişdir

2019-11-25

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”nin “Breyn Rinq” mərhələsi 22 noyabr 2019-cu il tarixdə “Naxçıvan” Universitetində keçirilmişdir.
Bu mərhələdə 16 komanda mübarizə aparmışdır. İlk 8 yerin qalibi olmuş aşağıdakı komandalar sonuncu mərhələdə - “Xəmsə” mərhələsində iştirak etmək hüququ qazanmışlar:
1. Naxçıvan MR Ali Məhkəməsi
2. Culfa Rayon İcra Hakimiyyəti
3. Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
4. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu
5. Naxçıvan MR Ədliyyə Nazirliyi
6. Naxçıvan MR Dövlət Miqrasiya Xidməti
7. Naxçıvan MR Maliyyə Nazirliyi
8. Naxçıvan Şəhər İcra Hakimiyyəti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı