Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Səyyari dövlət qulluğu xidməti könüllüləri Şahbuz rayonunda olmuşlar

2019-11-27

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu 27 noyabr tarixində Şahbuz Rayon Təhsil Şöbəsinin inzibati binasında olmuş, xidmət zamanı müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu, eləcə də ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilmişdir.
Könüllülər təlimlər zamanı əldə etdiyi bilikləri xidmətdə tətbiq edərək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşının müşayiəti ilə vətəndaşlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul etmiş, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq onların skan edilmiş surətlərini şəxsi kabinetə yükləmiş və qeydiyyatdan keçirtməklə müsabiqələrdə iştiraklarını təsdiq etmişlər.
Gün ərzində 6 nəfərə səyyari elektron xidmət göstərilmişdir.
“Səyyari dövlət qulluğu xidməti könüllüyü” layihəsinin həyata keçirilməsində əsas məqsəd rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasına gələ bilməyən vətəndaşlara yaşadıqları yerlərdə “səyyari dövlət qulluğu xidməti”nin göstərilməsindən ibarətdir.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq səyyari xidmətin növbəti ünvanı 29 noyabr Ordubad rayon təhsil şöbəsinin inzibati binası olacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı