Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün test imtahanları keçirilir

2015-04-01

Komissiya Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün test imtahanları keçirir. 30 mart 2015-ci il tarixdən başlanmış test imtahanlarında 275 nəfər namizədin iştirak edəcəyi gözlənilir. Namizədlərə mövcud qanunvericiliklə bağlı 60, ümumi dünyagörüşü ilə bağlı 10, informatika bilikləri ilə bağlı 10, məntiqi təfəkkürün yoxlanılması ilə bağlı 20 sual olmaqla 100 test tapşırığı təqdim edilir.
Komissiyanın təşkilatçılığı ilə keçirilən imtahanlarda obyektivliyin və şəffaflığın tam təmin olunması, namizədlərin bilik və bacarıqlarını sərbəst şəkildə nümayiş etdirməsi üçün hərtərəfli şərait yaradılmışdır. İmtahandan dərhal sonra namizədlərə imtahanın nəticəsi haqqında arayış verilir. İmtahanların gedişinə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları müşahidəçi qismində nəzarət edirlər. 03 aprel 2015-ci il tarixədək davam edəcək test imtahanlarında müvafiq keçid balını toplamış namizədlər Dövlət Miqrasiya Xidməti tərəfindən keçiriləcək müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqdır.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.