Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Müsahibə mərhələsinə hazırlaşmaq istəyənlərin nəzərinə!

2019-12-07

Bildirilir ki, 2-6 dekabr 2019-cu il tarixlərdə keçirilmiş test imtahanlarında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş hazırlıq kurslarında iştirak edən 79 nəfərdən 64-ü müvafiq keçid balını toplamışdır. Onlardan 8 nəfər 90-95 bal, 11 nəfər 85-89 bal, 15 nəfər 80-84 bal, 23 nəfər 70-79 bal və 7 nəfər isə 65-69 bal intervalında nəticə göstərmişdir.
Komissiya həmin şəxsləri müsahibə mərhələsinə hazırlaşmaq üçün dəvət edir. Aylıq ödənişi 125 manat olan hazırlıq kursu müsahibə proqramına uyğun olaraq təşkil edilir və dərslər həftədə 2 dəfə olmaqla 1 ay davam edəcəkdir.
Qeyd: Müsahibə mərhələsinə hazırlıq üçün yalnız Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş hazırlıq kurslarında iştirak etmiş və test imtahanlarında uğur qazanmış namizədlər müraciət edə bilərlər.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı