Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Test imtahanlarından müvəffəqiyyətlə keçmiş namizədlərin nəzərinə: Müsahibə mərhələsi üçün sənəd qəbulu başlamışdır!

2019-12-09

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə sənəd qəbulu başlamışdır.
Test imtahanlarından müvəffəqiyyətlə keçmiş namizədlər müsahibə mərhələsində iştirak etmək üçün test imtahanının nəticəsi barədə arayışın onlara verildiyi tarixdən 10 (on) iş günü müddətində Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq dövlət qulluğu üzrə müraciət formasını və kadrlar uçotunun şəxsi vərəqəsini portala yükləməlidirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı