Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunmaq istəyənlərin nəzərinə: Sonuncu sınaq imtahanı keçiriləcəkdir!

2019-12-11

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 20, 21, 22 və 24 dekabr 2019-cu il tarixlərdə sınaq imtahanı keçiriləcəkdir. Sınaq imtahanı ixtisas fənni, metodika və təlim strategiyaları və informatika istiqamətləri üzrə olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
Sınaq imtahanında iştirak etmək üçün namizədlər 20 manat (Dövlət qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 10 manat) məbləği Dövlət qulluğu Məsələləri üzrə Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 24 dekabr 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Sınaq imtahanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı