Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

İmtahanların şəffaflığı təmin edilir

2019-12-16

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri noyabr ayında da davam etdirmişdir.
Ötən ay dövlət ümumi təhsil müəssisələrində 148 vakant vəzifənin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanlarında 220 namizəd iştirak etmiş və müvafiq keçid balını toplamış 120 namizədin sənədləri təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri” keçirilmiş, turnirdə 31 dövlət orqanından 186 gənc dövlət qulluqçusu iştirak etmişdir. Komissiya tərəfindən Maliyyə Nazirliyinin müraciəti nəzərə alınmaqla vakant sektor müdiri vəzifəsinin tutulması üçün 1 nəfərin iştirakı ilə test imtahanı keçirilmiş, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 5 müsahibədə komissiya əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilmişdir. Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada istehsalat təcrübəsində olmuşlar.
Ötən ay komissiya tərəfindən dövlət qulluğu, eləcə də müəllimlərin işə qəbulu üçün təşkil edilmiş hazırlıq kurslarında 43, müəllimlərin işə qəbulu və dövlət qulluğu üçün keçirilən sınaq imtahanında isə 40 nəfər iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı